CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaşlar öz başlarının çarəsinə baxıblar

© Photo : APA Maştağa kəndindən görüntü, arxiv şəkli
Maştağa kəndindən görüntü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Evlərin 59,3 faizi Naxçıvan, Bakı, Sumqayıt, Lənkəran, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuzda inşa edilib

BAKI, 17 yanvar — Sputnik. 2017-ci ildə ölkə vətəndaşlarının vəsaiti hesabına ümumi sahəsi 1599,9 min kvadrat metr olan 11,5 min fərdi yaşayış evi istifadəyə verilib ki, bu da ölkə üzrə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinin 92,6 faizini təşkil edib.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, fərdi yaşayış evlərinin 626,7 min kvadrat metri və ya 39,2 faizi kənd yerlərində tikilib.

"Əhalinin vəsaiti hesabına tikilən fərdi yaşayış evlərinin orta ümumi sahəsi 138,6 kvadrat metr olub. Evlərin 59,3 faizi Naxçıvan Muxtar Respublikasında, Bakı, Sumqayıt və Lənkəran şəhərlərində, Abşeron, Şəmkir, Sabirabad, Qazax, Cəlilabad və Tovuz rayonlarında inşa edilib" — DSK-dan məlumat verilib.

Xəbər lenti
0