Binadan sallanan cəsəd görənləri dəhşətə gətirdi

© Photo : Vse42.ruBinanın damından asılıb qalmış cəsəd
Binanın damından asılıb qalmış cəsəd - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Sibir bölgəsindəki bir pansionat binasının damından sallanan cəsəd görənləri heyrətə gətirib

BAKI, 17 yanvar — Sputnik. Rusiyanın Sibir bölgəsindəki pansionat binasının damından sallanan cəsəd görənləri dəhşətə gətirib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, ölən şəxs 26 yaşlı Yevgeni Tixonov olub və o ustalıqla məşğul imiş. Evin damına yapışmış kimi duran Tixonovun ayaqlarından aşağıya iti buzların sallandığı görülüb. Başı da qarla örtülü olan gəncin donaraq öldüyü və binadan sallanmış şəkildə qaldığı məlum olub.

Rəsmi şəxslər ustanın intihar etdiyinə dair heç bir nişanə olmadığını açıqlayıblar.

İşini sevərək görən Tixonov çıxdığı binaların başından çəkdiyi selfiləri sosial şəbəkələrdə bölüşürmüş. Yaxınları gənc ustanın "Sadəcə yatmaq üçün aşağı enirəm" – deyə zarafatlar etdiyini söyləyiblər.

Xəbər lenti
0