Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sadıqov: “Banklara kömək üçün dövlət proqramı qəbul olunmalıdır”

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elnur Sadıqov deyir ki, borcların ildən-ilə keçməsi bankların vəziyyətini ağırlaşdırır

Elnur Sadıqov: “Bankların sağlamlaşdırılması üçün sosial kreditlər bağışlana bilər”
2017-ci il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 890,3 milyon manat olub. Azərbaycan Dövlət İqtisad Universitetinin  Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov Sputnik Azərbaycan-a deyir ki, dünyanın bütün ölkələrində vaxtı keçən kredit borcları olur: 

“Bankların sağlamlaşdırılması üçün dövlət tərəfindən tədbirlər görülə bilər. Çünki borcların ildən-ilə keçməsi bankların vəziyyətini ağırlaşdırır. Banklara kömək etmək üçün bu sahədə dövlət proqramının qəbul olunması məqsədəuyğun olardı”.

Xəbər lenti
0