Türkiyə müdafiə nazirinin səfəri zamanı ajiotaj

Abunə olmaq
Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb

BAKI, 16 yanvar — Sputnik. Türkiyədə 16 yanvar Mətbuat Günü münasibətilə Kocaeli şəhərinə səfər edən baş nazirin müavini, müdafiə naziri Fikri İşıkı müşayiət edən avtomobil karvanının hərəkət istiqamətində yola yerləşdirilən şübhəli bağlama tapılıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bağlama təhlükəsizlik səbəbilə polis nəzarətində partladılıb.

Yolda şübhəli bağlama olduğunu polisə vətəndaşlar xəbər veriblər. Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb. Çanta partladılandan sonra içərisindən paltarlar çıxıb.

Xəbər lenti
0