CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Siqaret qadağasından dolayı əziyyət çəkirəm"

© REUTERS / Eric GaillardКурение, фото из архива
Курение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rüfət Quliyev: "Yeni qanunun qəbulu ictimai iaşə obyektlərinin fəaliyyətinə mənfi təsir edəcək"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Ötən il dekabrın 29-da prezident İlham Əliyev "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunu təsdiq edib. Qanuna görə, qapalı məkanlarda (xüsusi ayrılmış yerlər xaric) siqaret çəkilməsi qadağan edilib. Hələlik qanunun icra mexanizmi hazır olmasa da, obyekt sahiblərinin narahatlıqları başlayıb.

CC BY-SA 4.0 / Agulani / Rufat QuliyevДепутат ММ Руфат Гулиев
Депутат ММ Руфат Гулиев - Sputnik Azərbaycan
Депутат ММ Руфат Гулиев

Sputnik Azərbaycan əməkdaşı məsələ ilə bağlı millət vəkili Rüfət Quliyevlə həmsöhbət olub.

- Bildiyiniz kimi, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edildi. Bu qanuna münasibətiniz necədir?

— Təbii ki, münasibətim müsbətdir. Yəni belə qanunlar, bizim qanundan da sərt qanunlar 10 ildən artıqdır ki, Avropa ölkələrində, ABŞ-da qəbul olunub. Ən ciddi qanunlar isə Rusiya və Ukraynada qəbul edilib. Bizim qanun da Rusiya qanununa əsasən hazırlanıb, ancaq bəzi dəyişikliklər var. Bu dəyişikliklər siqaret çəkən insanların da hüququnu qorumaq üçün edilib. Qanunun bəndlərində müəyyən güzəştlər qeyd edilib.

Qanuna görə, siqaret çəkilməsi qadağan edilən müəssisələrdə, obyektlərdə siqaret çəkən insanlar üçün xüsusi yerlər ayrılmalı, havalandırma sistemi olmalıdır. Yəni elə etmək lazımdır ki, siqaret çəkməyən insanlar əziyyət çəkməsin. Ancaq siqaret çəkən insanlara şərait yaradılmalı, güzəşt edilməlidir. Kafe, bar, restoran və obyektdə müəyyən sahə ayrılır, həmin sahə havalandırma sistemi ilə təchiz olunur və siqaret çəkənlər çıxıb orada siqaret çəkir. Əgər həmin yerdə şərait varsa, oturub həmin yerdə kofesini, çayını da içə bilər. Bir şərtlə ki, siqaretin tüstüsü çəkməyənlər tərəfə getməsin. Bu, ciddi şərtdir.

- Sizcə, siqaret qadağası siqaret bazarına, siqaretlərin satış qiymətinə necə təsir edəcək? Qiymətlərin düşməsi gözlənilirmi?

— Artıq ucuzlaşma başlayıb. Bəzi ekspertlərin fikirlərini oxumuşam, guya ki, bəzi iaşə obyektlərinin ticarətinə kömək edəcək. Mən bu fikirlə razı deyiləm. Avropa ölkələrinin statistikasına da nəzər salmışam, Rusiyada, Ukraynada, Türkiyədə siqaret qadağası iaşə obyektlərinin fəaliyyətinə təsir edib. "Euronews"da bir neçə reportaja baxmışam. Publarda, barlarda, restoranlarda insanlar arasında sorğular keçirilib. Məlum olub ki, yeni qanuna görə, bu obyektlərə gələn insanların sayı 50 faiz azalıb. Amma bu qanunun daha sərt olduğu ölkələrdə siqaret çəkənlər üçün şəraitin yaradılmadığı yerlər də müşahidə edilir. Bunu gizlətmək olmaz, bu, müşahidə ediləcək.

Zeynəb Əliyevanın işlətdiyi kafe - Sputnik Azərbaycan
CƏMİYYƏT
Hələ qanunun "sağı-solu" bəlli deyil, lakin şəhəri qadağa elanları bürüyüb

Qanunun müsbət cəhəti ondan ibarətdir ki, siqaret çəkən insanları da az çəkməyə məcbur edir. Siqaret çəkən insanlar özləri zəhərlənməklə yanaşı, digərlərini də zəhərləyir. Onlar da passiv siqaret çəkənlər hesab edilir. Ancaq iaşə obyektlərində artıq azalma müşahidə edilir və ediləcək. Amma cavanlar, uşaqlar baxımından qanunun müsbət tərəfləri çoxdur. Təbii ki, bu qanundan sonra siqaret çəkmə halları azalacaq. Fikrimcə, ən azından 20 faiz azalma müşahidə ediləcək. Siqaretə maraq və tələbat azalacaq. Ancaq tamamilə yığışdırılması mümkün olan iş deyil. Tələb və təklif qanunu var. Baş verənlər qarşısında siqaret satan firmalar da rəqabətə davam gətirmək üçün qiymətlərə müəyyən qədər əl gəzdirəcək, yəni azaldacaqlar.

- Bəs, siqaret ixracı və ya idxalına necə təsir edəcək?

— Hazırkı vəziyyətdə Azərbaycana siqaretin 2/3 hissəsi xaricdən gətirilir. Təbii ki, qanun buna da təsir edəcək. Tələb azdırsa, qiymət ucuzdursa, idxal da azalacaq. Azərbaycan siqareti bir o qədər ixrac olunmasa da, Azərbaycanda tütün var. Və cənab prezidentin tapşırığı ilə tütünlə bağlı dövlət proqramı qəbul olunub. Bu proqram həyata keçirilir və inkişaf etdirilir. Buna görə də qanunun qəbulu idxala təsir edəcək, ixraca etməyəcək.

© © Karikaturaİki yoldan birini seç
İki yoldan birini seç - Sputnik Azərbaycan
İki yoldan birini seç

- Siqaretin ictimai yerlərdə istifadəsinin qadağası nə dərəcədə düzgündür? Burada istehlakçıların hüququ pozulurmu? Yəni bir qanun digər qanunu təkzib etmirmi?

— Sizin dediklərinizdə həqiqət var. Amma azlıq çoxluğa tabedir. Bu gün təbii ki, gələcək insanları, onların səhhətini, gənclərin siqaretə aludəçiliyini düşünməliyik. Hətta çalışırlar ki, filmlərdən belə yığışdırsınlar. Amma Rusiya, Ukrayna, Türkiyə qanunlarına nisbətən bizim qanunda siqaret çəkənlərin hüquqları qalır.

- Necə düşünürsünüz, bu qadağaya hər kəs əməl edəcəkmi?

Люди в чайхане, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Siqaret aludəçilərinin və obyekt sahiblərinin narahatlığına son!

— Bu məsələdə tək cərimələrlə mübarizə aparmaq mümkün deyil. Buna cəmiyyət özü hazır olmalıdır, təbliğat aparılmalıdır. Məsələn, mən özüm siqaret çəkənəm və bir neçə gündür ki, həqiqətən əziyyət çəkirəm. Harasa, çay, kofe içməyə gedəndə qadağanı görürəm, bu, narahatlıq verir. İnsanların hamısını qovmaq olmaz ki, gedin çöldə çəkin. Bu da düz deyil, siqaret çəkənlər üçün yerlər olmalıdır. Bütün obyektlərdə siqaret çəkənlər üçün ayrı yerlər olmalıdır ki, o insanlar çörəyini yeyib, çayını içib, siqaretini çəkə bilsin. Yoxsa hər siqaret üçün çölə çıxmaq problem olacaq.

- Rüfət müəllim, qanunun icra mexanizmi necə olacaq?

— Hələ Nazirlər Kabineti bu qanuna baxacaq. Yoxlama mexanizmi olmalıdır. Biz qloballaşan dünyaya inteqrasiya olunuruq. Başqa ölkələrdə olduğu kimi bizdə də mexanizm qurulacaq. Və bundan sonra hər şey aydın olacaq. Amma mən qeyd etmək istəyirəm ki, ictimai iaşə obyektlərinə vəlvələ düşüb və hamı yığışdırır. Qanunda bu icazə var. Havalandırma sistemi olan yerlərdə siqaret çəkmək olar. Hotellərdə belə 1-2 mərtəbəni siqaret çəkən insanlar üçün ayırırlar. Bu, bütün dünyada var.

- "Siqaret çəkmək qadağandır" xəbərdarlığı varsa, obyekt sahibləri cərimə edilmir. Bu fikir nə qədər düzgündür?

— Hələ Nazirlər Kabinetinin qərarını gözləyək. İndidən fikir bildirmək düzgün deyil. Görək necə olacaq.

Xəbər lenti
0