CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komaya düşmüş millət vəkilindən xəbər var

Abunə olmaq
Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib

BAKI, 16 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Milli Məclisə 70 saylı Masallı şəhər seçki dairəsindən seçilmiş deputat Nəriman Əliyev komaya düşüb. Sputnik Azərbaycan modern-ə istinadla xəbər verir ki, Nəriman Əliyevin səhhəti ilə bağlı deputat həmkarı Cavanşir Paşazadə məlumat verib.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanlı millət vəkili komaya düşüb

O bildirib ki, Nəriman Əliyevin ürək əməliyyatını digər deputat həmkarı Rəşad Mahmudov edib.

© Photo : AR Milli Məclisinin mətbuat xidmətiNəriman Əliyev
Nəriman Əliyev - Sputnik Azərbaycan
Nəriman Əliyev

"Vaxtında olunmuş əməliyyatdır. Allah rəhm edib ki, həmin vaxt orada Rəşad həkim olub. Nəriman müəllimin vəziyyəti hazırda stabildir. Xarici ölkələrdən də həkimlər dəvət olunub. Onlar da baxıblar. Burada edilən əməliyyatı yüksək qiymətləndiriblər. Artıq komada deyil, amma reanimasiyada qalmaqdadır. Nəriman müəllimin ürək damarları müəyyən qədər dəyişdirilib. Vəziyyəti stabilləşməyə doğru gedir. Nəriman müəllim artıq ətrafa reaksiyalar verir, insanları tanıyır, danışır. Hesab edirəm ki, qısa müddətdə fəaliyyətini davam etdirəcək. Onun yanına hələ adam buraxmırlar. Dünən yoldaşını yanına buraxdılar. Nəriman müəllimi narahat etməyə heç bir əsas yoxdur. Çünki bu xəstəliyin metodu belədir. Ona Allahdan şəfa diləyirəm".

Xatırladaq ki, Nəriman Əliyev ürək tıxanıqlığı səbəbindən əməliyyat olunub, sonra isə komaya düşmüşdü.

Xəbər lenti
0