Ələsgər Məmmədli: “Zərərli materiallarla mübarizə üçün ümumi sənəd qəbul olunmalıdır”
Avropa İttifaqının (Aİ) daxili işlər və miqrasiya məsələləri üzrə komissarı Dimitris Avramopulos dünən Brüsseldə internet şirkətlərinin nümayəndələri ilə görüşündə bildirib ki, terrorizmi təbliğ edən materiallar internetdən mümkün qədər tez çıxarılmalıdır.
Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Sputnik Azərbaycan-a deyir ki, internetdə zərərli materialların qarşını almaq üçün filtirizasiya mümkündür:
“Ancaq proveydərlərin üzərinə öhdəlik kimi qoymadıqca təkbaşına belə materiallarla mübarizə aparmaq mümkün deyil. Ümumi sənəd qəbul olunduqdan sonra terrorizmi təbliğ edən sözlər bloklana bilər”.