Türk generaldan Amerikaya son xəbərdarlıq

© AP Photo / Burhan OzbiliciHulusi Akar, Türkiyə generalı
Hulusi Akar, Türkiyə generalı - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb

BAKI, 16 yanvar — Sputnik. "Amerikanın PYD terrorçularını silahlandırmasına imkan tanımayacağıq". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar NATO ölkələrinin Qərargah rəislərinin toplantısındakı çıxışı zamanı deyib.

"Terrorla mübarizədə NATO dürüst davranmalı və terrorçular arasında fərq qoymamalıdır. İŞİD-lə mübarizə nə qədər vacibdirsə, PYD, YPG, FETO ilə mübarizə də o qədər vacibdir. Biz müttəfiqimiz ABŞ-ın silahlandırdığı PYD-ni PKK terror təşkilatının bir qolu olaraq görürük. Onların bir-birləri ilə əlaqəli olduqları açıqdır. Hərçənd ki, özləri də etiraf edirlər. Bu səbəblə, Türkiyə PYD-nin silahlandırılmasına göz yummayacaq. Ümid edirik ki, Amerika yanlış davranışından tezliklə geri dönər" – Akar qeyd edib.

PKK üzvləri - Sputnik Azərbaycan
Türkiyəyə arxadan zərbə: ABŞ sərhədə PKK qüvvələri yerləşdirir

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı ilə meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb.

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xəbər lenti
0