Natiq Cəfərli: “Qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır”
Bayramlardan öncə, demək olar ki, hər dükanın qarşısında endirim elanı görmək olur. Ancaq endirimlər zamanı məhsula real satış qiymətindən daha baha qiymət vurulur, sonra yeni qoyulan qiymətdən faiz çıxılır.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, bu xoşagəlməz məsələnin iki əsas səbəbi var: “Azərbaycanda fəaliyyət göstərən brend dükanlar şəbəkə mağazaları deyil. Ona görə də dünyada həmin brend dükanlarında olan endirimlər ilə Azərbaycanda olan həmin brend dükanlar arasında qiymətlərdə ciddi fərq var. Azərbaycanda qiymətlər bazar iqtisadiyyatı qaydalarına uyğun nizamlanmalıdır”.