Adil Qeybulla: “Ekologiyanın pisləşməsi infeksiyon xəstəlikləri keçirməyi çətinləşdirib”
Ukraynanın iri şəhərlərində qızılca xəstəliyinin geniş yayılması Azərbaycanda da bu xəstəliyə qarşı görülən profilaktik işləri yenidən gündəmə gətirir. Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, bu xəstəliyi insan bir dəfə keçirir və bundan sonra xəstəliyə qarşı bədəndə immunitet yaranır:
“Bu gün ekologiyanın pisləşməsi, insanların immunitetinin zəifləməsi bu cür infeksiyon xəstləkiləri keçirməyi çətinləşdirib. Xəstəliklə mübarizə üçün vaxtında vaksinasiya işləri aparılmalıdır. Qızılca əgər epidamiya şəklində mövcuddursa, deməli həmin yerlərdə düzgün vaksinasiya tədbirləri görülmür”.