BAKI, 15 yanvar — Sputnik. Əmlak Məsələləri Dövlət Komitəsi fevralın 13-də hərraca çıxarılacaq avtomobillərin siyahısını açıqlayıb.
Sputnik Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, növbəti əmlak hərracında dövlət qurumlarına aid 11 avtomobil iştirak edəcək. Avtomobillərdən 7-si Daxili İşlər Nazirliyinə aid 2007-ci il model "BMW-320" avtomobilləridir. Başlanğıc qiymət 5200 manatdan başlayır. 2 "QAZ-31105" avtomobili hərraca 1800 manat başlanğıc qiymətlə çıxarılacaq.
Bundan əlavə, DİN-ə aid "Mercedes Benz Daimler" mikroavtobusunun ilkin hərrac qiyməti 1500 manat, "Azəralüminium" ASC-yə aid "PAZ-4234" avtomobilin qiyməti isə 6300 manatdan başlayır.