Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda cavan oğlan yaponsayağı intihar edib

© Sputnik / Murad OrujovTəcili yardım, arxiv şəkli
Təcili yardım, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qaradağ rayonunun Qızıldaş qəsəbə sakini yaponsayağı intihar edib, vəziyyəti ağırdır

BAKI, 15 yanvar — Sputnik. Dünən Bakının Qaradağ rayonunda intihara cəhd edilib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanları məlumat verib.

Sözügedən rayonun Qızıldaş qəsəbə sakini, 1999-cu il təvəllüdlü Eyniyev Nicat Mirzə oğlu öz qarnına bıçaq soxaraq xəsarət alıb. Cavan oğlan hazırda Kliniki Tibbi Mərkəzdədir, onun vəziyyəti isə həkimlər tərəfindən ağır qiymətləndirilir. Hələlik cavan oğlanın "xarakiri" etməsinin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Azərbaycanda hər gün orta hesabla 2 intihar baş verir. Ekspert qiymətləndirməsinə görə, bizim ölkədə hər 100 min nəfərdən 5-i intihar edir. İntiharların sayı durmadan artsa da, hələlik ölkəmizdə özünəqəsd kritik həddə çatmış hesab olunmur.

Xəbər lenti
0