Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş pediatr inkar edir: Azərbaycanlı uşaqları bu virus təhdid etmir

© Sputnik / Aleksandr Kondratyuk / Mediabanka keçidHəkim müayinəsi, arxiv şəkli
Həkim müayinəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Respublikanın baş pediatrı deyir ki, peyvəndlər sayəsində azərbaycanlı uşaqlar artıq qızılca və məxmərək xəstəliyinə tutulmurlar

BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda uşaqların 95%-i qızılca və məxmərəyə qarşı peyvənd olunub.

Bunu Sputnik Azərbaycan-a respublikanın baş pediatrı, AR Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun rəhbəri Nəsib Quliyev bildirib.

© Sputnik / Irade JELILÖlkənin baş pediatrı Nəsib Quliyev
Ölkənin baş pediatrı Nəsib Quliyev - Sputnik Azərbaycan
Ölkənin baş pediatrı Nəsib Quliyev

O, qeyd edib ki, 2015-ci ildən etibarən ölkəmizdə bu xəstəliklər aradan qalxıb. Son illərdə Azərbaycanda bu xəstəliklərlə demək olar ki, heç kəs tutulmayıb. Hətta Ukraynada yayılmış qızılca xəstəliyi belə Azərbaycandakı uşaqları təhdid edə bilməz.

Baş pediatr ölkəmizə gələn, eləcə də xəstəliklərə qarşı peyvənd edilməmiş uşaqlar arasında infeksiyanın olma ehtimalını istisna etmir. Buna görə də, o, valideynləri mühüm tibbi prosedurlara laqeyd yanaşmamağa çağırıb.

Xəbər lenti
0