İran tankerinin 32 nəfərlik heyəti diri-diri yanıb

© REUTERS / China's Ministry of TransportПожар на нефтяном танкере Sanchi у берегов Китая
Пожар на нефтяном танкере Sanchi у берегов Китая - Sputnik Azərbaycan
Abunə olmaq
İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən "SANCHI" tankeri Honkonqa məxsus "CF CRYSTAL" yük gəmisi ilə Çinin şərq sahillərində toqquşub

BAKI, 14 yanvar — Sputnik. Yanvarın 6-da Şərqi Çin dənizində Honkonq quru yük gəmisi ilə toqquşan İran neft tankerinin bütün heyəti ölüb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla bildirir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi deyib.

İran şirkətinə məxsus olan və Panama bayrağı altında üzən "SANCHI" tankeri Honkonqa məxsus "CF CRYSTAL" yük gəmisi ilə Çinin şərq sahillərində toqquşub. Qəza anında tankerdə 30 İran və 2 Banqladeş vətəndaşı olmaqla, ümumilikdə 32 nəfər olub.

Qəza nəticəsində 136 min ton qaz kondensatı daşıyan tanker partlayıb. Yük gəmisində olan 21 ekipaj üzvünün hamısı xilas edilib.

Xəbər lenti
0