Elşən Bağırzadə: “Qeyri-neft ixracının artması manatın dəyərlənməsinə səbəb olacaq”
“Manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur”. Bunu maliyyə naziri Samir Şərifov mətbuata açıqlamasında bildirib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, manatın 2018-ci ildə kəskin bahalaşması iqtisadiyyatın xeyrinə deyil:
“Manatın kəskin bahalaşması gözlənilmir. Ancaq qeyri-neft ixracının artması, neftin dünya bazarındakı qiymətinin yüksək həddə olması manatın dəyərlənməsinə səbəb ola bilər”.