Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayramov: “Kiçik və orta sahibkarlığın maliyyə imkanlarına çıxışı məhduddur”

Abunə olmaq
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, bu agentliyin yaradılması sahibkarların maliyyə resurslarına çıxış imkanlarınnın artırılmasını nəzərdə tutur

Vüqar Bayramov: “Yeni agentlik sahibkarlığın problemlərinin həlli üçün çalışacaq”
Prezident İlham Əliyev kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb.

İqtisadçı ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, belə bir agentliyin yaradılması strateji yol xəritəsində nəzərdə tutulmuşdu: 

“Agentliyin yaradılmasında məqsəd kiçik və orta sahibkarlığın dəstəklənməsinin ayrıca bir qurum tərəfindən həyata keçirilməsidir. Bir sıra inkişaf etmiş ölkələrdə də belə qurumlar fəaliyyət göstərir. Bu baxımdan ayrıca bir qurumun yaradılmasına ehtiyac var idi”.

Xəbər lenti
0