BAKI, 14 yanvar — Sputnik. İran məhkəmə hakimiyyəti bir neçə gün öncə ölkədə baş verən toqquşmalarda ölənlərin sayını açıqlayıb. Sputnik Azərbaycan Press TV-yə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 25 nəfər ölüb, 400 nəfər həbs edilib.
Qeyd edək ki, bundan əvvəl 22 nəfərin öldüyü, 450 nəfərin tutulduğu bildirilirdi.
Xatırladaq ki, ötən ilin dekabrın 28-dən başlayaraq İranın Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərində sosial xarakterli kütləvi aksiyalar keçirilib. İran hakimiyyəti aksiyaların yanvarın 3-də başa çatdığını elan edib.