Dünya silkələnməkdə davam edir: Daha iki ölkədə güclü zəlzələ oldu

© AFP 2023 / Sam YehSeysmoqraf. Arxiv şəkli
Seysmoqraf. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə və Filippində də təkanlar qeydə alındı

BAKI, 14 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi bu gün günorta saatlarında 1 dəqiqə fərqlə Peru və Əfqanıstanda zəlzələ olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Peruda 7,3, Əfqanıstanda isə 6,3 bal gücündə təkanlar qeydə alınıb.

Bir neçə saat sonra Türkiyə və Filippin də silkələnib. Bakı vaxtı ilə saat 15:56-da Çanaqqalada 4 bal gücündə zəlzələ olub. Egey dənizində qeydə alınan təkanlar yerin 10 kilometrliyində baş verib.

Bakı vaxtı ilə saat 16:49-da isə Filippinin Paluan adasından 9 kilometr şimal-şərqdə 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yerin 35 kilometrliyində olub.

Hər iki halda ölən və yaralanan olmayıb.

Xəbər lenti
0