BAKI, 14 yanvar — Sputnik. 1992-ci il yanvarın 14-də Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb.
Sputnik Azərbaycan xəbər verir ki, sənəd "Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol" adlanıb. Bu, Azərbaycanın xarici ölkə ilə imzaladığı ilk diplomatik sənəd idi.
Eyni gündə Türkiyə Respublikasının Bakıdakı Baş konsulluğu səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik olub.
Xatırladaq ki, 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə də məhz Türkiyə olub.