Rusiyada olay: Kafedə 57 nəfər xəstəliyə tutuldu

© Sputnik / Valeriy MelnikovXəstəxana - Hospital
Xəstəxana - Hospital - Sputnik Azərbaycan
Abunə olmaq
Onların hamısı təhlükəli salmonella bakteriyasına yoluxublar

BAKI, 13 yanvar — Sputnik. Rusiya Federasiyasının Buryatiya Respublikasının paytaxtı Ulan-Udedə 57 nəfər kafedə yediyi yeməkdən zəhərlənib.

Sputnik Azərbaycan vesti.ru-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər təcili xəstəxanaya yerləşdiriliblər. Həkimlər sözügedən kafedə sanitar qaydalar düzgün olmadığı üçün xəstələrin salmonella bakteriyasına yoluxduğunu bildiriblər.

Xəstəxanaya yerləşdirilənlərin səhhəti hazırda orta ağır olaraq qiymətləndirilir.

Kafenin fəaliyyəti dayandırılıb. Polis araşdırmalara başlayıb.

Xəbər lenti
0