Türk ordusu əməliyyata başladı: ABŞ-ın müttəfiqi bombalanır

© REUTERS / Khalil AshawiTürkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli
Türkiyə ordusuna aid tankı Suriyada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında ABŞ-ın PYD-ni Türkiyəyə qarşı silahlandırdığını deyib

BAKI, 13 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinə aid topçu birlikləri Suriyanın şimalında, PYD terrorçularının nəzarətində olan Afrin qəsəbəsini bombalamağa başlayıb. Bu barədə Sputnik Türkiyə xəbər verir. Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib.

Qeyd edək ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısındakı çıxışında ABŞ-ın PYD-ni Türkiyəyə qarşı silahlandırdığını deyib. Ərdoğan Amerika ilə müttəfiqliyin artıq sözdə qaldığını, ölkəsinin Suriyadakı oyunlara göz yummayacağını bildirib.

"Türkiyə öz sərhədlərində yeni dövlət qurulmasına göz yummayacaq" – prezident vurğulayıb.

Xəbər lenti
0