BAKI, 13 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp porno ulduz Stormi Danielsə 130 min dollar pul təklif edib. Sputnik xəbər verir ki, bu barədə "The Wall Street" jurnalı yazıb.
Jurnal iddia edib ki, Tramp və Stormi 2006-cı ildə Leyk Tahoe şəhərində keçirilən qolf turnirində tanış olublar və o ərəfələrdə ikili arasında yaxın münasibət yaşanıb.
2016-cı ildə Tramp ABŞ prezidenti seçiləndən sonra Stormi Danielsin danışmaması üçün ona 130 min dollar pul ödəyib. Xəbərdə qeyd olunub ki, Trampın vəkili Maykl Kohen 2016-cı ilin oktyabrında Stormi ili bir araya gəlib və ona 130 min dollar pul verib.
Mövzu ilə bağlı jurnalistlərə açıqlama verən Kohen iddiaları rədd edib.
Qeyd edək ki, başqa bir porno ulduz Cesika Dreyk də prezident Trampın uzun illər əvvəl ona təcavüz elədiyini söyləyib.
"O, məni zorla öpürdü. Mən istəmirdim, amma məni məcbur edirdi" – Dreyk demişdi.