Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda kürəkən qayınanasını döyərək xəstəxanalıq etdi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır

BAKI, 13 yanvar — Sputnik. Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Rusiyadan gəlmiş 1962-ci il təvəllüdlü Əsədullayeva Zibeydə Ziyad qızı qızının evində olarkən kürəkəni tərəfindən döyülüb. Nəticədə qadın qapalı kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Mərkəzin Reanimasiya Şöbəsinə yerləşdirilib. Məlumata görə, kürəkəni Z.Əsədullayevanı döyərkən sərxoş vəziyyətdə olub.

Fakt Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən araşdırılır. 

Xəbər lenti
0