Qonşuluğumuzda dalbadal üç zəlzələ oldu

CC BY 2.0 / lora_313 / Kilauea SeismographsСейсмограф, фото из архива
Сейсмограф, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bundan əvvəl də eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb

BAKI, 13 yanvar — Sputnik. İran-İraq sərhədində 4,3 bal gücündə zəlzələ baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yerli vaxtı ilə saat 03:33-də qeydə alınan yeraltı təkanların episentri İlam şəhərindən 70 km qərbdə, İraqın Məndəli şəhərindən 15 km cənub-şərqdə, ocağı 2 km dərinlikdə yerləşib.

Bundan əvvəl yanvarın 13-ə keçən gecə eyni ərazidə 4,6 və 3,9 bal gücündə üç zəlzələ qeydə alınıb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xəbər lenti
0