Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 13 yanvar — Sputnik. Lənkəranda qadının ölümü ilə nəticələnən döyülmə hadisəsi olub. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Lənkəran rayonu Liman şəhər sakinləri 1949-cu ilə təvəllüdlü Humay Qarayeva və onun qızı 1972-ci il təvəllüdlü Samirə Miriyeva naməlum şəraitdə naməlum şəxslər tərəfindən şəraitdə döyülüblər.
Hər iki şəxs dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Döyülən H.Qarayeva və S.Miriyevanın vəziyyəti ağır olduğundan ilkin tibbi yardım göstərildikdən dərhal sonra reanimasiya şöbəsinə yerləşdiriliblər.
Samirə Miriyeva ağır kəllə-beyin travması aldığından bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib.
Hazırda döyülmə faktı ilə bağlı araşdırmalar aparılır.