CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kürəkən qayınanasını qəddarlıqla öldürdü

© Sputnik / Murad OrujovМужчина душит женщину. Архивное фото
Мужчина душит женщину. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxınları əvvəlcə onun ölümünü bədbəxt hadisə kimi qələmə veriblər

BAKI, 13 yanvar — Sputnik. Bakıda növbəti cinayət hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu dəfə kürəkən qayınanasını öldürüb.

Hadisə Yasamal Polis İdarəsinin 28-ci bölməsinin nəzarət etdiyi “Qanlı Göl” yaşayış massivi ərazisində baş verib. Hüquq mühafizə orqanları əməkdaşları əvvəlcə cinayət baş verdiyini belə bilməyiblər.

Yanvarın 11-də saat 18:40 radələrində “Qanlı Göl” yaşayış massivinin sakini, 1958-ci il təvəllüdlü Namazova Nigar Koroğlu qızının meyiti tapılıb. Yaxınları onun ölümünü bədbəxt hadisə kimi qələmə veriblər. Onların sözünə görə, qadın yıxılıb, başı daşa dəyib və ölüb. Amma məhkəmə-tibb ekspertizasının nəticəsi Namazovanın boğularaq öldürüldüyünü göstərib.

Araşdırma zamanı məlum olub ki, qadını öz kürəkən, Ağdaş rayonu sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə məhkumluq həyatı yaşayan 1983-cü il təvəllüdlü İbrahimov Cavad Məmmədkərim oğlu öldürüb. O, artıq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb. İstintaq cinayətin motivlərini araşdırır.

Xəbər lenti
0