Yanvarın 15-də Beynəlxalq Vikipediya Günü qeyd olunur. Bu virtual ensiklopediyanın bir çox resursu arasında Azərbaycan milli seqmenti də nisbətən inkişaf edib.
Azərbaycan "Vikipediya"sının yeni layihələri barədə "Vikipediya"nın milli versiyasının koordinatoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri Elnur Eltürk və AMEA MEK-in sərbəst elektron resurslarla iş şöbəsinin bölmə rəhbəri Günay Məmmədova danışıb.