Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Vergilər Nazirliyi ötən il büdcə öhdəliyini yerinə yetirə bilməyib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Vergilər Naziliyi
Azərbaycan Respublikası Vergilər Naziliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı büdcənin icrasına dair operativ məlumatda bildirilir

BAKI, 12 yanvar — Sputnik. 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin mədaxili 16 446,9 mln. manat (o cümlədən oktyabr-dekabr aylarında 4 401,8 mln. manat), məxarici isə 17 588,3 mln. manat (o cümlədən oktyabr-dekabr aylarında 4 804,6 mln. manat) olub.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı büdcənin icrasına dair operativ məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, büdcənin mədaxili 16 766 mln. manatlıq proqnoza qarşı 98,1% icra olunub.

Ötən il Vergilər Nazirliyinin xətti ilə daxilomalar 6 972 mln. manat və yaxud proqnozun 91,2%-i qədər olub. Həmin vəsaitin 74,5%-i və yaxud 5 192,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə isə dövlət büdcəsinə 2 608,8 mln. manat vəsait daxil olub və proqnoz 115,9% icra olunub.

Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan məbləğdə və yaxud 6 100 mln. manat vəsait transfert edilib.

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 366,1 mln. manat, Azərbaycan Mərkəzi Bankının mənfəətindən ayırmalar hesabına daxilolmalar 250 mln. manat, sair daxilolmalar isə 150 mln. manat təşkil edib.

Büdcənin məxarici isə 98% icra edilib. Ötən il xərclərin 10 921,1 mln. manatı və yaxud 62,1% cari xərclər, 5153,5 mln. manatı və yaxud 29,3%-i əsaslı xərclər, 1 513,7 mln. manatı və yaxud 8,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Büdcə xərclərinin 38%-i və yaxud 6 690,8 mln. manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldil ki, bu da 2016-cı illə müqayisədə 453,7 mln. manat və yaxud 7,3% çoxdur.

Dövlət büdcəsinin kəsiri 1 141,4 mln. manat və yaxud təsdiq olunan yuxarı həddən 33,6 mln. manat az olub. Kəsirin maliyyələşdirilməsinin 384,6 mln. manatı dövlət istiqraz vərəqələrinin satışından, 106,5 mln. manatı özəlləşdirmədən daxil olan vəsaitdən, 650,3 mln. manatı isə 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçirilib.

2017-ci ilin icmal büdcəsinin gəlirləri 23 951,6 mln. manat, xərcləri isə 24982,6 mln. manat icra olunub. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,5%-ni və yaxud 1 031,0 mln. manat təşkil edib.

Xəbər lenti
0