BAKI, 12 yanvar — Sputnik. Türkiyə bundan sonra ABŞ-ın terrorçuların ekstradisiyası barədə tələblərini yerinə yetirməyəcək. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
Ərdoğan bildirib ki, indiyədək Türkiyə ABŞ-ın tələbi ilə 12 terrorçunu ekstradisiya etsə də, qarşı tərəf Fəthulla Güləni indiyədək Ankaraya təhvil vermir.
"Biz ABŞ-ın istədiyi adamları onlara ekstradisiya etdik. Ancaq onlar Fətullah Güləni verməməkdə israr edirlər. Buradan açıq ifadə edirəm. Mən hakimiyyətdə olduğum müddətdə Amerika Türkiyədən bir adamı da ala bilməyəcək" – Türkiyə prezidenti vurğulayıb.