Tramp çıxışında elə bir quş buraxdı ki...

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Birləşmiş Ştatları noyabr ayında Norveçə 52 ədəd F-35 qırıcısı satıb

BAKI, 12 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp Ağ Evdə Norveçin baş naziri Erna Solberqi qəbul edib. Təkbətək görüşdən sonra liderlər jurnalistlərin suallarını cavablandırıblar. Olan da məhz bundan sonra olub.

Trampın işlətdiyi cümləni salonda əyləşənlər başa düşməsələr də, mətbuat konfransı bitər-bitməz prezidentin çıxışı sosial şəbəkələrdə gülüş obyektinə çevrilib.

Sputnik Azərbaycan RT-yə istinadən xəbər verir ki, buna səbəb Trampın jurnalistlərə bilərək və ya bilməyərəkdən yanlış məlumat verməsi olub. Norveç-ABŞ əlaqələrindən danışarkən prezident deyib ki, ölkəsi ötən ilin noyabr ayında Norveçə F-52 və F-35 döyüş təyyarələri satıb. İşin komik tərəfi budur ki, ABŞ-da F-52 model qırıcı istehsal edilmir. Ümumiyyətlə bu adda döyüş təyyarəsi belə yoxdur. F-52 ancaq "Call of Duty: Advanced Warfare" kompüter oyununda mövcuddur.

İşin əsli isə belədir ki, Amerika Birləşmiş Ştatları noyabr ayında Norveçə 52 ədəd F-35 qırıcısı satıb. Hərçənd ki, Tramp özü də yanlış məlumatı verəndən dəqiqələr sonra səhvini düzəldərək "Norveçə ümumilikdə 52 ədəd F-35 təyyarəsi satdıq" deyib.

Ancaq bu hal onu sosial şəbəkələrdə gülüş obyektinə çevirməkdən xilas edə bilməyib.

Xəbər lenti
0