BAKI, 12 yanvar — Sputnik. Bu gün "Qara Qareyev" metrostansiyasında intihara cəhd edən Cəlilov Cəmil Qulam oğlu kəllə beyin travması və aşağı ətrafların sınığı diaqnozu ilə Sabunçu Rayon 3 saylı Klinik Xəstənaya çatdırılıb. Lakin xəstənin vəziyyəti ağır olduğu üçün o, xəstəxanada dünyasını dəyişib.
Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Onu da bildiriblər ki, dünyasını dəyişən şəxs Qarabağ müharibəsi iştirakçısı, birinci qrup əlil olub.