Avtobusunu yumağa verdi, oğurlandı

© Photo : SözcüAvtobus
Avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Avtobusu oğurlayan kişi hadisə yerindən qaçmağı bacarıb

BAKI, 11 yanvar — Sputnik. Türkiyədə sürücünün başına qəribə hadisə gəlib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə minik avtomobilini deyil, avtobusu qaçırıblar.

Kazım Bozkurt adlı sürücü avtobusu yumağa verib. Bu zaman avtobusun açarları üstündə olub. Sürücü yuyulmanın bitməsini gözləyən zaman bir kişi avtobusu oğurlayaraq qaçırıb.

Özünü itirməyən Kazım Bozkurt taksiyə minərək avtobusun arxasınca gedib. O, taksi ilə avtobusun qarşısını kəsdirib və oğurlanmış avtobusu geri qaytarıb. Amma maşını oğurlayan şəxsi tutmaq mümkün olmayıb. O, hadisə yerindən qaçmağı bacarıb.

Polis axtarışları davam etdirir.

Xəbər lenti
0