Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Hüseynov: “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq”

© Photo : OxuAnar Hüseynov, ASAN Xidmətin mətbuat katibi
Anar Hüseynov, ASAN Xidmətin mətbuat katibi - Sputnik Azərbaycan
Abunə olmaq
“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyir ki, “ASAN xidmət” mərkəzləri ilə yanaşı 10 səyyar avtobus və 1 Səyyar ASAN qatarı regionlarda vətəndaşlara xidmət göstərir

Anar Hüseynov: “Daha 5 rayonda “ASAN xidmət” mərkəzləri yaradılacaq”
“Bu il üç “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq”. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq. Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

“ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov Sputnik Azərbaycan-a deyir ki, artıq fəaliyyətə başladığı 5 il ərzində 12 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir: 

“Bunlarla yanaşı 10 səyyar avtobus və 1 Səyyar ASAN qatarı regionlarda vətəndaşlara xidmət göstərir. Ümumilikdə 2020-ci ilə qədər ölkə başçısının tapşırığına əsasən, “ASAN xidmət” mərkəzlərinin sayının 20-yə çatdırılması nəzərdə tutulub”.

Xəbər lenti
0