BAKI, 11 yanvar — Sputnik. Fevralın 9-da “Boulevard Hotel Baku”-da “Pi Group” şirkətinin təşkilatçılığı ilə ən çox gözlənilən ""Yeddi gözəl" Beauty Fashion Show" moda gecəsi keçiriləcək.
Təşkilatçıların Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tamaşaçıları yerli məşhurların iştirakı ilə parlaq və rəngarəng şou gözləyir.
Layihə çərçivəsində toy və ziyafət geyimlərinin nümayişi, stilist-vizajistlərin və saç ustalarının işləri təqdim ediləcək. Axırda ən yaxşı işlər seçilərək sponsorlar tərəfindən mükafatlandırılacaq.
Gecənin aparıcısı Vüsalə Kərimova, xüsusi qonağı isə rəqqasə Fatimə Fətəliyeva olacaq. Onun çıxışı moda gecəsini daha da bəzəyəcək. Tədbirin sonunda tamaşaçıları viktorina gözləyir. Viktorina iştirakçıları müxtəlif hədiyyələr, geyimlər, gözəllik salonlarından pulsuz istifadə imkanı və digər sürprizlərlə mükafatlandırılacaqlar. Viktorinada ancaq bilet sahibləri iştirak edə biləcək.
Bilet əldə etmək üçün bu telefonlar vasitəsilə müraciət edə bilərsiniz: (050)4507097 və (055)9792597.
Sputnik Azərbaycan ""Yeddi gözəl" Beauty Fashion Show"-nun informasiya tərəfdaşıdır.