ABŞ-da ikinci qaradərili prezident olacaq - Sorğu

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident Tramp Uinfrinin seçkidə iştirakına şübhə ilə yanaşıb, lakin qeyd edib ki, belə bir hal olarsa, o Uinfriyə qalib gələr

BAKI, 11 yanvar — Sputnik. Amerikalı qaradərili teleaparıcı Opra Uinfri populyarlıq baxımından prezident Donald Trampı qabaqlayır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rasmussen Reports şirkətinin apardığı sorğunun nəticələri göstərir.

Uinfri bazar günü Los-Ancelesdə "Qızıl qlobus" mükafatının təqdimat mərasimində çıxış edib. Onun çıxışından sonra bir sıra media quruluşları Uinfrinin 2020-ci ildə prezident seçkilərində iştirak edə biləcəyini yazıblar. Prezident Tramp Uinfrinin seçkidə iştirakına şübhə ilə yanaşıb, lakin qeyd edib ki, belə bir hal olarsa, o Uinfriyə qalib gələr.

Sorğunun nəticələrinə görə, Tramp-Uinfri duelində seçicilərin 48%-i Uinfriyə, 38%-i isə Trampa səs verəcək. Daha 14% hələ seçimini müəyyən etməyib. Teleaparıcını demokratların 76, respublikaçıların isə 22%-i dəstəkləyir. Trampda bu rəqəmlər müvafiq olaraq 66 və 12-dir.

Xəbər lenti
0