CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sərnişinlərin nəzərinə: Bu istiqamətdə gediş haqqı 50 faiz artdı

© Photo : BNA133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək
133 nömrəli marşrut xətti ilə yeni və müasir avtobuslar sərnişinlərə xidmət edəcək - Sputnik Azərbaycan
Abunə olmaq
Bu avtobus Hövsan qəsəbəsinin mərkəzindən "Xətai" metrosuna yox, "28 May" metrostansiyasınadək hərəkət edəcək

BAKI, 11 yanvar — Sputnik. 175 nömrəli marşrutda Hövsandan 28 Maya kimi gediş haqqı 30 qəpik müəyyən edilib. İndiyə kimi avtobusda gediş haqqı 20 qəpik olub.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 qəpik, 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 qəpik, 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir".

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində də dəyişiklik edilib. Yanvarın 13-dən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən "Xətai" metrosuna yox, "28 May" metrostansiyasınadək hərəkət edəcək.

Xatırladaq ki, 125 saylı marşrut xəttində gediş haqqı 25 qəpik, 175 saylı "Baku Bus" avtobuslarında isə məsafəyə uyğun olaraq 30 qəpik təyin edilib.

Xəbər lenti
0