BAKI, 11 yanvar — Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabirabad Rayon Məhkəməsinin hakimi T.B.Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, İlham Əliyev qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Sabirabad Rayon Məhkəməsinin hakimi Təyyar Bəhrəm oğlu Abbaslının səlahiyyətlərinə vaxtından əvvəl xitam verib.