SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlətçiliyimizin beynəlxalq səviyyədə tanındığı gün

© Photo : Azərbaycan Respublikasının Dövlət ArxiviCeyhun Hacıbəyli (sağdan ikinci) Paris sülh konfransında ADR nümayəndə heyətinin tərkibində
Ceyhun Hacıbəyli (sağdan ikinci) Paris sülh konfransında ADR nümayəndə heyətinin tərkibində - Sputnik Azərbaycan
Abunə olmaq
Versal sülh konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar məhz yanvarın 11-də qəbul olunub

BAKI, 11 yanvar — Sputnik. 1920-ci il yanvarın 11-də I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Corc Nataniel Kerzonun təklifi ilə Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu.

Paris sülh konfransının rəsmi qərarı yanvarın 15-də Azərbaycan nümayəndə heyətinə rəsmən təqdim olunub.

Xəbər lenti
0