Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxda gecə vahiməsi: Yırtıcılar qabağına çıxanı parçalayıb

© Sputnik / Ilham MustafayevQazax rayonunun girişi
Qazax rayonunun girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Ölən və yaralanan heyvanlardan nümunələr götürülüb

İlham Mustafa, Sputnik Azərbacan

BAKI, 11 yanvar — Sputnik. Qazax rayonunda canavarlar xırdabuynuzlu heyvanlara hücum edib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın yerləşən şəxsi təsərrüfatda baş verib.

© Sputnik / Ilham MustafayevQazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib
Qazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib - Sputnik Azərbaycan
Qazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib

Dünən gecə saatlarında bir neçə canavar rayon sakini Pərviz Sadiqinin həyətinə girərək 15 baş heyvanı parçalayıb, 10 qoyunu isə yaralayıb. Zərərçəkənin dediyinə görə, təsərrüfatında 25 qoyun və keçi olub ki, yırtıcılar bütün sürüyə hücum edib.

Canavarlar tövləyə tikilinin arxa tərəfindən daxil olub. Hadisə vaxtı təsərrüfat sahibi evdə olsa da, baş verənlərdən səhər saatlarında xəbər tutub.

© Sputnik / Ilham MustafayevQazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib
Qazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib - Sputnik Azərbaycan
Qazaxda canavarlar xırdabuynzlu heyvanlara hücum edib

Hadisə yerinə Qazax Rayon Baytarlıq İdarəsinin əməkdaşları baxış keçiriblər. Ölən və yaralanan heyvanlardan nümunələr götürülərək lazımi tədbirlər görülüb.

Xəbər lenti
0