CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu da ilk şəhidə "sayğımız"

© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhid Arzu Əliyevin evindən reportaj - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhidimizin məzarı bərbad vəziyyətdədir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Oğuzun Padar kəndinin mərkəzində yerləşən ümumi qəbiristanlıqda rayonun ilk şəhidi də uyuyur. İllər öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhid Əliyev Arzu Yaqub oğlunun məzarı bu qəbiristanlıqdadır.

Təəssüf ki, məzarlıqda rayonun ilk şəhidi ilə bağlı heç bir xatirə lövhəsi asılmayıb. Daha betəri isə, canını Vətən yolunda qurban etmiş şəhidimizin məzarının hazırda baxımsız, bərbad vəziyyətdə olmasıdır. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan şəhidin həyat yoldaşı Rəfiqə Əliyeva Arzu Əliyevin məzarına və ailəsinə göstərilən biganəlikdən gileylənib.

Şəhid Əliyev Arzu Yaqub oğlu Qarabağ müharibəsi başlayana qədər Şəki Şəhər Polis Şöbəsində işləyib və elə oradan da döyüşlərə qatılıb. 15 dekabr 1990-cı ildə Əsgəran rayonunun Cəmilli kəndi ətrafında baş vermiş döyüşlərdə şəhid olub.

© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhid Arzu Əliyevin Oğuzun Padar kəndindəki evi - Sputnik Azərbaycan
1/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhidin xanımı Rəfiqə Əliyeva qızı ilə - Sputnik Azərbaycan
2/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Rəfiqə xanım qızı ilə - Sputnik Azərbaycan
3/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhid Arzu Əliyevin həyat yoldaşı onun məzarı başında - Sputnik Azərbaycan
4/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhidin məzarındakı sinə daşı - Sputnik Azərbaycan
5/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Arzu Əliyev Qarabağ müharibəsində şəhid olub - Sputnik Azərbaycan
6/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhid Arzu Əliyevin həyat yoldaşı onun məzarı başında - Sputnik Azərbaycan
7/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Şəhid Arzu Əliyevin həyat yoldaşı onun məzarı başında - Sputnik Azərbaycan
8/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Məzarın ətrafı çox baxımsız vəziyyətdədir - Sputnik Azərbaycan
9/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Məzarlıqdakı tullantılar - Sputnik Azərbaycan
10/11
Şəhid Arzu Əliyevin evindən reportaj
© Sputnik / Ilham AhmadovŞəhid Arzu Əliyevin evindən reportaj
Bu məzarlıqda iki şəhidin qəbri var - Sputnik Azərbaycan
11/11
Şəhid Arzu Əliyevin evindən reportaj
1/11
Şəhid Arzu Əliyevin evindən reportaj
2/11
Şəhid Arzu Əliyevin evindən reportaj
3/11
Şəhid Arzu Əliyevin evindən reportaj
4/11
Şəhid Arzu Əliyevin evindən reportaj
5/11
Şəhid Arzu Əliyevin evindən reportaj
6/11
Şəhid Arzu Əliyevin evindən reportaj
7/11
Şəhid Arzu Əliyevin evindən reportaj
8/11
Şəhid Arzu Əliyevin evindən reportaj
9/11
Şəhid Arzu Əliyevin evindən reportaj
10/11
Şəhid Arzu Əliyevin evindən reportaj
11/11
Şəhid Arzu Əliyevin evindən reportaj

Şəhid doğma kəndində dəfn olunub. Ancaq son vaxtlar yetərli qədər diqqət göstərilmədiyi üçün, həmçinin şəhidin qardaşları və yaxınları dünyasını dəyişdiyinə görə, şəhidin məzarı, qəbir daşı baxımsız vəziyyətə gəlib. Məzarın ətrafı tullantılarla dolub, qəbiristanlıq bütövlükdə zibilliyi xatırladır.

Kənd sakinləri şəhidin abidəsinin təmir olunması üçün aidiyyatı qurumlara həm şifahi, həm də yazılı formada müraciət etdiklərini bildirirlər. Kənddə olduğumuz zaman bir neçə dəfə kənd icra nümayəndiliyi, eləcə də bələdiyyə sədri ilə əlaqə saxlamaq istəsək də, istəyimiz nəticəsiz oldu. Hər iki şəxsin telefonu sönmüşdü, sonradan isə kənddə olmadıqlarını bildirdilər və məsələ ilə bağlı danışmaq istəmədilər.

Hazırda xəstə qızı ilə bərabər heç də rahat olmayan, çətinliklərlə dolu bir həyat yaşayan şəhidin gözüyaşlı həyat yoldaşı xəstəxanada tibb bacısı işləyir. Onların həm köməyə, həm də qayğıya ehtiyacı var. Hər dəfə işə gedib-gələndə həyat yoldaşının məzarını bərbad vəziyyətdə görüb ürəyinin göynədiyini deyir bu fədakar şəhid xanımı. Maddi imkanının olmadığı üçün məzarın ətrafını düzəldə bilməməsindən ürək ağrısı ilə danışır.

Ümud edirik ki, bu yazıdan sonra aidiyyatı qurumlar, səlahiyyətli şəxslər şəhid Arzu Əliyevin həm baxımsız qalmış məzarına, həm də qayğıya ehtiyacı olan ailəsinə diqqət göstərəcəklər və Oğuz rayonunun adını ucaldan ilk şəhidinin məzarı qısa zamanda təmir, bərpa ediləcək…

Xəbər lenti
0