BAKI, 11 yanvar — Sputnik. Son günlər Azərbaycanda dizel yanacağının bahalaşacağı ilə bağlı məlumatlar yayılıb. Sputnik Azərbaycan Azvision-a istinadla xəbər verir ki, məsələyə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev münasibət bildirib.
O bildirib ki, dizel yanacağının qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciət daxil olmayıb: "Tarif Şurasına dizel yanacağının qiymət artımı ilə bağlı heç bir müraciət daxil olmayıb. Həmçinin bu məsələ gündəmdə deyil".