ABŞ-ın düşməninə sahib çıxan tapıldı

© REUTERS / Peter NichollsCulian Assanj, arxiv şəkli
Culian Assanj, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Assanja verilən pasportun qeydiyyat nömrəsi Ekvador Vergi Xidmətində təsdiqlənib

BAKI, 11 yanvar — Sputnik. Yaydığı məxfi sənədlərlə dünyada geniş hay-küyə səbəb olan "WikiLeaks" saytının təsisçisi Culian Assanja Ekvador vətəndaşlığı verilib. Sputnik xəbər verir ki, Assanja verilən pasportun qeydiyyat nömrəsi Ekvador Vergi Xidmətində təsdiqlənib. Bazada ölkənin yeni vətəndaşı barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Culian Assanj artıq 5 ildir ki, ABŞ hökumətinə aid məxfi sənədləri tapıb saytda yaydığına görə, İsveç hökuməti tərəfindən ABŞ-a ekstradisiya ediləcəyindən qorxaraq Ekvadorun Londondakı səfirliyinə sığınıb. İngiltərədəki Ekvador diplomatik nümayəndəliyi Assanjı səfirlik ərazisindən köçürmək üçün Britaniya hökuməti ilə danışıqlar aparır.

Xəbər lenti
0