Tramp Qüdsdə yer axtarır

© AFP 2022Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il
Benyamin Neteanyahu və Donald Trampın görüşü, Qüds, 23 may 2017-ci il - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
"Səfirliyimizin Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq"

BAKI, 11 yanvar — Sputnik. "İsraildəki səfirliyimizin Təl-Əvivdən Qüdsə köçürülməsi üçün bir neçə il vaxt lazım olacaq". Sputnik Azərbaycan "Fox"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens canlı efirdə deyib.

"Hazırda bununla bağlı işlər gedir. Planlar mövcuddur. Bildiyiniz kimi, konsulluğumuz Qüdsdə yerləşir. Prezident yer seçimi və lazımi infrastrukturun formalaşdırılması ilə bağlı göstəriş verəcək. Düşünürəm ki, lenti kəsməzdən əvvəl bir neçə il vaxt lazım gələcək" – Pens bildirib.

ABŞ-ın vitse-prezidenti, həmçinin əlavə edib ki, son 20 ildə Konqresin qərarı olmasına baxmayaraq, Donald Trampa qədər heç bir prezidentin bu addımı atmağa qətiyyəti çatmayıb.

Xatırladaq ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp ötən il Qüdsü İsrailin paytaxtı kimi tanıdığını açıqlayaraq İsraildəki səfirliyin Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirib.

Xəbər lenti
0