BAKI, 10 yanvar — Sputnik. Respublika Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda, o cümlədən Respublikanın bir sıra şəhər və rayonlarında gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir: "Sürücülər yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır. Bütün avtomobillər qış rejiminə hazır olmalıdır. Sürücülərə tövsiyə edirik ki, avtomobillərini mövsümi təkərlərlə təmin etsinlər".