BAKI, 10 yanvar — Sputnik. Bu həftə Avstraliyada hökm sürən güclü istilər minlərlə yarasanın həlakına səbəb olub. Sputnik Azərbaycan bu barədə LiveScience-ə istinadən məlumat verir.
"Bu istidə yarasalar elə havada "bişirlər". 44 dərəcə Selsi istidə onların beyinləri, sözün əsl mənasında, bişir. Nəticədə onlar özlərinə nəzarəti itirirlər və istiqaməti müəyyən edə bilmirlər" — deyə Kembelltaun şəhərindən olan Keyt Rayan bildirib.
Rayanın hesablamalarına görə, yalnız Kembelltaunun həndəvərində istinin yaratdığı şokdan həlak olmuş minlərlə yarasa qalıqları aşkar edilib.