BAKI, 10 yanvar — Sputnik. Kornell Universiteti (ABŞ) alimləri araşdırmalar zamanı aşkar ediblər ki, yumurta sarısı, yağsız qırmızı ət, quş əti, balıq, paxla, qoz və kələmin bütün növləri (ağ kələm, gül kələm, Brussel kələmi və s.) ana bətnində olan uşağın beyninə müsbət təsir edir.
Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, araşdırmada 26 hamilə qadın iştirak edib. Onların qidalanmasında sadaladığımız məhsulların miqdarı artırılıb. Araşdırma göstərib ki, eksperimentdə iştirak edən qadınların dünyaya gətirdiyi uşaqlarda məlumatı qavramaq sürəti kiçik yaşlarından yüksək olub. Bu isə gələcəkdə İQ səviyyəsinin yüksək olmasına işarə edir.
Bundan əvvəl, aparılmış araşdırmalar göstərb ki, rasionda xolin maddəsinin (yumurta, qaraciyər, paxla, araxis, qozda çoxdur) artması siçan balalarının koqnitiv funksiyalarına müsbət təsir edir. Bu nəticələr insanlar üçün də uyğun gəlir.