Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

General oğlunun məhkəməsi təxirə salınıb

© pixabay / succoMəhkəmə hakiminin çəkici. Arxiv şəkli
Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təqsirləndirilən şəxslərdən Pərviz Abbasov xəstə olduğu üçün məhkəməyə gəlməyib

BAKI, 10 yanvar — Sputnik. Binəqədi Rayon Məhkəməsində, xuliqanlıqda təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğlu Rüstəm Orucov, həmçinin Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.

Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycan məhkəməsindən qeyri-adi qərar

Sputnik Azərbaycan xəbər verir ki, təqsirləndirilən şəxslərdən Pərviz Abbasov xəstə olduğu üçün məhkəməyə gəlməyib. Məhkəmə hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilib. Proses yanvarın 17-də davam edəcək.

Xatırladaq ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, ötən il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi "BMW" markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti
0