BAKI, 9 yanvar — Sputnik. Ekvador "WikiLeaks"-in təsisçisi Culian Assanjı ölkəsinin Londondakı Səfirliyindən qovmaq niyyətindədir.
Sputnik Azərbaycan bu barədə "Report"-a istinadən xəbər verir.
Məlumatda bildirilir ki, C.Assanj Ekvador prezidenti Lenin Morenonu onun müttəfiqləri barədə yazdığı tvitlərlə qəzəbləndirib.
Hazırda ölkə C.Assanjın səfirliyin binasından çıxarılması ilə bağlı Böyük Britaniya ilə danışıqlar aparmaq üçün vasitəçi axtarır.