BAKI, 10 yanvar — Sputnik. Microsoft şirkəti "Windows"un "Spectre" və "Meltdown" problemlərini aradan qaldıran yenilənmələrinin yayılmasını dayandırıb. Bu, istifadəçilərin kompüterlərin artıq işə düşməməsi barədə şikayətlərindən sonra baş verib.
Sputnik Azərbaycan-ın məlumatına görə, şikayətlər AMD prosessorunun əsasında işləyən kompüterlərin sahibləri tərəfindən edilib.
"Tədqiqat aparıldıqdan sonra məlum olub ki, AMD-nin bəzi çipsetləri ilə bağlı problemlər mövcuddur" — şirkətdən bildirilib.
Hazırda Microsoft və AMD bu problemin həlli üzərində işləyir.