BAKI, 10 yanvar — Sputnik. Hava şəraitinin dəyişməsi Azərbaycanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da özünü göstərir. Sputnik Azərbaycan xəbər verir ki, paytaxtda dünən axşam saatlarında güclü külək, bu gün səhər saatlarından isə qar yağmağa başlayıb.
Bakının mərkəz yollarında buz müşahidə olunmasa da, axşam saatlarında yolların buz bağlayacağı ehtimal olunur. Qar xüsusilə Yasamal rayonu ərazisində müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə isə, bu gün Bakıda və Abşeron yarımadasında 2-5 dərəcə isti olacağı gözlənilir.